Bazar, 05 May

Şok iddia: "ABŞ Qorbaçova söz vermişdi ki..." – Puşkov

image

Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov ABŞ dövlət katibi Entoni Blinkenin NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı bəyanatlarını şərh edərkən Amerika xarici siyasətinin rəhbərinin tarixi kifayət qədər yaxşı bildiyini şübhə altına alıb.

Xəbər verilir ki, Aleksey Puşkov “Telegram-kanal”ında yazıb: “Blinken tarixi pis bilir. O zaman ABŞ və onun prezidenti Buş üçün əsas prioritet olan Almaniyanın yenidən birləşməsindən əvvəl Blinkenin sələfi, ABŞ dövlət katibi Ceyms Beyker Qorbaçov və Şevardnadzeyə demişdi ki, Almaniyanın birləşməsi halında Birləşmiş Ştatlar öhdəlik götürməyə hazırdır ki, NATO şərqə doğru bir qarış da irəliləməyəcək”.

Aleksey Puşkov həmçinin qeyd edib ki, Mixail Qorbaçov amerikalıları və almanları bu vədi kağız üzərində təsbit etməyə məcbur etməməklə “strateji səhv hesablama” aparıb, ona görə də Moskva indi qanuni və sabit təminatlar tələb edir.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken əvvəllər Şimal alyansının heç vaxt genişlənməkdən imtanaya söz vermədiyini, hərbi blokun Rusiya sərhədlərinə qədər irəliləməsinin Rusiyanı heç bir şəkildə təhdid etmədiyini bildirərək, bu cür iddiaları yalan adlandırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15